!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzi partiyalar arasında bloklaşma və birləşmə məsələləri müzakirə olunur” – ŞƏRH

!Reklam – Yazi

“Uyğun qərarların olmamasına baxmayaraq, yaxın gələcəkdə bu istiqamətdə praktik addımların şahidi ola bilərik”.

Bu fikirləri mövcud siyasi partiyalar arasında bloklaşma və birləşmə imkanlarını dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, partiyaların bir qismi arasında bloklaşma və birləşmə məsələləri xeyli vaxtdır siyasi kuluarlarda müzakirə olunur:

“Son dövrlər Azərbaycan siyasi həyatında bir süstlük hökm sürür və bu da, təbii ki, siyasi partiyaları qane edə bilməz. Çünki bu vəziyyətdə onların cəmiyyətə təsir mexanizmləri də getdikcə sıradan çıxır. Bununla da onlar siyasi proseslərdən kənarda qalırlar.

Bu baxımdan, düşünürəm ki, siyasi partiyaların hər hansı birliyinin yaradılması zamanın tələbinə çevrilib. Müşahidələrimə əsasən, partiyaların bir qismi arasında bloklaşma və birləşmə məsələləri xeyli vaxtdır siyasi kuluarlarda müzakirə olunur. Sadəcə olaraq bu müzakirələr hələ ki konkret qərarların qəbulu ilə nəticələnməyib.

Lakin hələlik uyğun qərarların olmamasına baxmayaraq, yaxın gələcəkdə bu istiqamətdə praktik addımların şahidi ola bilərik. Fikrimcə, müəyyən müddətdən sonra bu proses sürətlənəcək”.

A.Zeynalov

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv