!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi rayonlar üzrə təxirə salınan avtobus reysləri bərpa edildi - RƏSMİ

!Reklam – Yazi

Ötən gün kəskin hava şəraiti ilə əlaqədar təxirə salınan avtobus reysləri bu gün bərpa edilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

AYNA tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarası və rayonlararası marşutlar istiqamətində monitorinq aparılıb. Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.

Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verilib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıblar.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv