!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi yerlərdə leysan yağdı - FAKTİKİ HAVA

!Reklam – Yazi

Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Yenicag.az-a Xidmətdən məlumat verilib. Düşən yağıntının miqdarı: Şahdağda 3 mm, Qrızda 2 mm, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 mm-dək olub.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: Avqustun 18-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək, Naxçıvan MR-da 36-40 dərəcə, Aran rayonlarında 33-35 dərəcə, dağlıq rayonlarda 28 dərəcəyədək olub.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv