!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi yerlərə yağış, bəzi yerlərə qar yağdı - FAKTİKİ HAVA

!Reklam – Yazi

Dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahdağda qar örtüyünün hündürlüyü üç sm olub.

Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, Şərur, Şahbuz, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Balakən, Oğuz, Şəki, Qax, İsmayıllı, Altıağac, Ağsu, Quba, Qusar, Xaltan, Gəncə, Şəmkir, Ceyrançöl, Şahdağ, Tərtər, Zərdab, İmişli, Daşkəsən, Goranboy, Yardımlıda beş mm-dək, Bakıda və Abşeron yarımadasında isə iki mm-dək olub.
Sumqayıt, Qobustan, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Xaltan, Qusar, Göyçay, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Daşkəsəndə 20 m/s, Altıağacda 17 m/s-dək güclənib.

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv