!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bəziləri kimi qazandıqlarımı...” - Mətanət kimə SÖZ ATDI?

!Reklam – Yazi

“Çox pul xərcləyən olmuşam. Bəziləri kimi qəpik-qəpik üst-üstə yığmamışam…”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova”Gül kimi şou”da deyib.

Sənətçi zəngin ailədən çıxdığını və pul sarıdan korluq çəkmədiyini bildirib:

“Anam rəhmətlik həmişə deyirdi ki, ay qız, imkan ver o “kaşelok” pulun havasını alsın. Səhəri gün pul yox olurdu. Zəng edirdim, gətirdiniz paltarları, gətirdiniz o parfümləri..? Çox xərcləyən olmuşam. Özü də mən zəngin ailədən olmuşam, pulu sonradan görməmişəm. İnsanlar var pulu qəpik-qəpik yığır, özünə nəsə alır. Amma mən qazandıqlarımı qəpik-qəpik üst-üstə yığmamışam. Əslində onlara həsəd aparıram, bu, çox yaxşı xüsusiyyətdir. Amma mən bacarmıram. Əlimə pul burdan gəlib, ordan da gedib. Yaxınlarıma, ətrafıma kömək etmişəm. Bu yaxşılıqlara görə də peşman deyiləm. Mənim biznesim ancaq səsim olub. Mən yaxınlarıma kömək etmişəm, Allah da mənə kömək olub”.

Nehru

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv