!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Biganəlikdən bezən tanınmış aktrisa GÖZYAŞI TÖKDÜ: “Utanıram, yoxsa...”

!Reklam – Yazi

“Oturub saatlarla ağlayıram, mənim üçün səhnədən kənarda çox ağırdır…”

Bunu tanınmış aktrisa Mənsumə Babayeva Yenicag.az-a açıqlamasında deyib.

Səhhətində yaranan problemlərlə əlaqədar olaraq xeyli vaxtdır teatrdan, səhnədən uzaq düşən aktrisa yeni tamaşalarda oynamaq, seriallara çəkilmək istədiyini, lakin yada düşmədiyini bildirib:

“İşləmək, səhnədə olmaq istəyirəm. Səhnə üçün çox darıxıram . Oturub saatlarla ağlayıram, mənim üçün səhnədən kənarda çox ağırdır. Teatrda yeni tamaşalar hazırlanır, amma məni çağırmırlar. Elə bil adımı cədvəldən də siliblər. Soruşuram ki, niyə məni obrazlarımı oynamağa çağırmırsız? Deyirlər, müqavilə ilə çalışanlara tamaşada oynamağa icazə vermirlər. Utanıram, yoxsa az qalıram durum özüm gedim teatra ki, baxın, siz çağırmadız, amma mən gəlmişəm. Nə olsun ki, yaşım çoxdur, o yaşı heç mənə verən də yoxdur. Səhnəyə çıxsam, səhhətimdə olan problemlər də yoxa çıxar. Bizim sənət elədir ki, səhnədən kənarda aktyor, aktrisa özünü sudan çıxmış balıq kimi hiss edir. Mən də eləyəm. Səhnədə olmadığım müddətdə xəstəlik də mənə güc gəlir, bilmirəm neyləyim. Yaşadığım gərginlik nəticəsində daha da pis oluram. Ayaqlarım tutulur, şəkərim yüksəlir”.

Aktrisa efirə çıxmaq, seriallarda da çəkilmək istəyini dilə gətirib. Özünə olan biganə münasibətdən kövrələrək göz yaşı töküb.

Cəvahir

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv