Reklam: High Technic
hightechnic

Biləsuvarda 48 yaşlı kişi faciəvi şəkildə öldü

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1969-cu il təvəllüdlü Kazımov Həsən Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

887