!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvar sakini qardaşı oğlunu silahla hədələdi

!Reklam – Yazi

Biləsuvar sakini qardaşı oğlunu silahla hədələyib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E.Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub.

Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A.Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Mehtiyev saxlanılıb.

Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv