!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda 17 mindən çox pambıq toplandı: Avropa ölkələrinə göndərilir

!Reklam – Yazi

Biləsuvarda ötən il əkilən 7460 hektara yaxın pambıq tarlalarından indiyədək 17 min tondan çox keyfiyyətli pambıq toplanılıb. Hazırda rayonun pambıq qəbulu və emalı müəssisələrində dünya bazarı üçün yüksəkkeyfiyyətli mahlıc istehsal edilir.

Ötən il tədarükçü şirkətlərin alış qiymətini iki dəfə yüksəltməsi bu sahəyə marağı da artırıb. Pambıq emalı zavodunun əməkdaşı Rəhim Kazımovun sözlərinə görə, qarşıya qoyulan əsas hədəf yüksəkkeyfiyyətli mahlıc istehsalına nail olmaqdır. “1500 hektar sahədə pambıq əkib-becərmişik. Bol məhsulumuz var, yığım hazırda da davam edir. 4300 tona yaxın “ağ qızıl” qəbul etmişik. Pambığın 82,2 faizi kombaynla yığılıb, bu, yüksək göstəricidir. Məhsulumuz da keyfiyyətlidir”.

Rayonda fəaliyyət göstərən 4 emal müəssisəsi bu günədək 13 min 129 ton mahlıc emal edib. Hədəf 29 min tona yaxın mahlıcın ixrac olunmasıdır.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Mikayıl İmanovla söhbət zamanı bildirib ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, pambıq yığımı davam edir. İşçilər sahələrdən pambığın itkisiz yığılmasına səfərbər olunublar.

Türkiyəli sürücü Mehmet Harık: “Biləsuvar pambığı yüksəkkeyfiyyətlidir. Mahlıcı Kahraman Maraşa götürürük. Oradan da tekstil olaraq, Avropa ölkələrinə göndərilir. Ümumiyyətlə, Azərbaycan pambığı keyfiyyətinə görə seçilir. Ona görə də türk iş adamları Azərbaycan pambığına maraq göstərirlər”.

“30 ildir Azərbaycana gedib-gəlirəm. Beş ildir Biləsuvardan mahlıc aparıram. Yüksəkkeyfiyyətli pambıq olduğuna görə Avropa ölkələrində də tələbat var”, – bunu isə mahlıc daşınması ilə məşğul olan Ahmet Sevməz bildirib.

Qeyd edək ki, mövsüm boyu tədarük olunan xam məhsulun 95 faizi müəssisələrdə birinci növ kimi qəbul olunub. Yığım zamanı məhsulun təxminən 80 faizindən çoxu müasir kombaynlarla toplanıb.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv