!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda əməliyyat - 19 nəfər saxlanıldı

!Reklam – Yazi

Biləsuvarda keçirilən əməliyyatlar zamanı 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələri paytaxt ərazisinə gətirmək istəyən və qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “AK-74” markalı avtomat, 2 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv