!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda meyvə ağacları quruyur

!Reklam – Yazi

Biləsuvarda meyvə ağacları quruyur.

Yenicag.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

Onların sözlərinə görə, proses artıq bir neçə ildir ki, davam edir:

“Demək olar ki, 3 ildir ki, vəziyyət belədir. Əvvəllər meyvələri quruyurdu. Bu il isə artıq ağaclarda quruyub. Proses əsasən alça və fındıq ağaclarında baş verir. İllərlə məhsul götürdüyümüz ağaclar gözümüzün önündə məhv olub gedir”.

Yerli sakinlər qurumanın səbəbini əsas susuzluqla əlaqələndirsələrdə, mütəxəssislər səbəbi təkcə onda görmürlər.

Mütəxəssislərin sözlərinə görə, dünya miqyasında, təbiətin özündə müəyyən dəyişikliklər baş verir:

“Təbiətdəki müəyyən anomal proseslər bitkilərə də böyük təsir göstərir. Hər ağac bitkisi müxtəlif fəsillərdə yazda, yayda, payızda, qışda onların həyat tərzi bir-birindən köklü surətdə fərqlənir. Havanın temperaturu 43 dərəcəyə çatanda yarpaqların Günəşdən yanmasına gətirir. Nəticədə də ağaclar quruyur”.

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv