Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Biləsuvarda Novruz şənlikləri keçirilib – FOTOLAR

????????????????????????????????????

Biləsuvarda Novruz bayramına həsr olunmuş bayram şənlikləri keçirildi.

18 mart 2016-cı il tarixdə Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və kollektivləri, KİV nümayəndələri, rayon ictimaiyyəti iştirak etdi.

Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgiylə tanış oldular.Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi. Sonra rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirildi.Yarmarkada əhali üçün nəzərdə tutulmuş müxtəlif növ ərzaq məhsulları satışa çıxarılmışdır.

Tədbirdə İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı.Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində rayonumuzun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirdi ki, bundan sonra da digər bölgələrimiz kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaqdır. Hazırda rayonda bir çox sahələrdə tikinti, abadlıq və quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur.2016-cı il də xalqımız üçün nailiyyətlərlə zəngin bir il olaraq yadda qalacaqdır.Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan Mahir müəllim bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.

Sonra bayram tonqalı alovlandırıldı.Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.
Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, pəhlivanlarımız öz güclərini sınadılar.

Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdi.

Loading...

www.yenicag.az

771
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100