!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvardakı qəzada yaralananların vəziyyəti açıqlandı

!Reklam – Yazi

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.

Bu barədə TƏBİB-dən Yenicag.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv