!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bill Qeyts Türkiyədən torpaq aldı?

!Reklam – Yazi

ABŞ-də nəşr olunan kitabda dünyanın ən varlı adamlarının torpaq və əkin sahələrinə investisiyalarının təfərrüatlarına diqqət yetirilib.

Yenicag.az xəbər verir ki, Seamus Bruner tərəfindən yazılan və “Controliqarks” adı ilə nəşr olunan kitabda Ceff Bezos, Bill Gates, Mark Zuckerberg və Corc Soros kimi adların etdiyi torpaq investisiyaları araşdırılıb.

Nəşrdə Bill Qeytsin planeti xilas etmək adı altında nəhəng torpaqlara pul xərclədiyi, təsərrüfatları təhdid etdiyi və saxta sərmayə qoyduğu və bununla da sərvətini artıraraq həm vegan sektorunu, həm də qida sənayesini monopoliya altına almağa çalışdığı iddia edilir.

Bundan əlavə, Qeytsin Türkiyədən də torpaq aldığı iddia edilib. Belə ki, məşhur iş adamı Trakyada kənd təsərrüfatı torpaqları satın alıb.

Qeyd edək ki, Trakya Avropa qitəsində Yunanıstan və Türkiyə torpaqlarını özündə birləşdirən çox zəngin tarixə malik bir bölgədir.

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv