!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bill Qeytsdən növbəti “MÜNƏCCİMLİK”: “Pandemiyanın kəskin fazası 2022-ci ildə...”

!Reklam – Yazi

“Microsoft”un qurucusu milyarder Bill Qeyts COVID-19-la bağlı yeni proqnoz verib. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Bill Qeyts koronavirus pandemiyasının kəskin fazasının 2022-ci ildə yekunlaşacağını bildirib.

Milyarder bu barədə fikirlərini öz bloqunda paylaşıb. Onun sözlərinə görə, COVID-19-un Hindistan ştamı və peyvəndlərin dünya ölkələri üzrə qeyri-bərabər bölgüsü bəşəriyyətin koronavirus üzərində qələbəsini gecikdirib.

Lakin Qeyts əlavə edib ki, beynəlxalq birlik vaksinasiya və koronavirusun müalicəsi sahəsində ciddi uğurlar qazanıb.

“Microsoft” sahibi yeni “Omikron” ştamının narahatlıq doğurduğunu bildirsə də, ölkələrin onun mübarizədə daha hazırlıqlı olduqlarını vurğulayıb:

“Ümid edirəm ki, COVID-19 pandemiyasının sonu çox da uzaqda deyil”.

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv