!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bilmirsən harada yetişib, gəlib birdən-birə nazir olur… - Sabir Rüstəmxanlı Söhbətləri - VİDEO

!Reklam – Yazi

“Prezident bu gün Sərəncam verir ki, təqaüd və maaşlar artırılacaq. Yarım saat sonra bazarda qiymət 5 qat artır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sosial sahədə bir çox işlər görülsə də, həllini gözləyən problemlər də çoxdur. Millət vəkili qəbul olunan müxtəlif qanunların işləməməsinə də diqqət çəkib:

“Neçə ildir deyirik ki, bizim büdcə sosial yönümlüdür, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bəli, bu sahədə çox işlər görülüb. Amma buna baxmayaraq, yenə narazılıqlar var. Bunlardan biri də təqaüd sahəsində yaranan problemdir. Guya təqaüdlə bağlı yeni sistem yaradılır. Amma bu zaman bir sıra adamlar təqaüddən məhrum olur. Bir çox şəxslər zəng vurub deyir ki, Maştağaya, həkimə göndərirlər, bütün sənədləri alıb gətiririk, amma sonda qəbul olunmur”.

S.Rüstəmxanlı ölkədə baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrlə bağlı qanunlar qəbul edilsə də, bu gün onların heç birinin işləmədiyini bildirib:

“Azərbaycan aqrar ölkə olub. Bizim qədər ərazisi olan Avropa ölkələri var ki, büdcəsinin böyük hissəsi torpaqdan gəlir. Amma bizim torpaqlarımız şoranlaşmağa davam edir. Bəzi qoluzorlu adamlar tərəfindən işğal olunur. Camaat da məcbur olur ki, gedib kiminsə himayəsində bir tikə çörək üçün işləsin.

Qanunların bir hissəsinə nazirliklər tərəfindən onlara sərf edəcək şəkildə dəyişikliklər edilir, yamaq vurulur. Bazar iqtisadiyyatının müəyyən qanunları var. Azərbaycanda isə bu qanunlar işləmir”.
Millət vəkili təhsil və ixtisaslı kadrların yetişdirilməsi sahəsində də ölkədə ciddi problemlər olduğunu bildirib:

“Bir problem də dövlət müəssisələrinə qəbul imtahanlarıdır. İnsanlar imtahandan keçib gəlir, amma müsahibə mərhələsində keçə bilmir. Çünki orada qohumluq məsələsi var. Yüksək bal toplayan kənarda qalır, ondan aşağı bal toplayan keçir. İşsizlik, sosial yardımların düzgün bölünməməsi, məmur özbaşınalığı, təqaüd məsələsində subyektiv amillər, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitin oğurlanması və s. üzdə olan, hamının bildiyi hallardır. Amma bunun arxa tərəfi də var. Kadrlar düzgün müəyyənləşmir. Yeni nəsil xarici universitetləri bitirib gəlir, əlbəttə, sevinirik. Amma adekvat işlər görülməlidir. Vaxtikən böyük məktəb keçmiş insanlar vəzifəyə gəlirdilər. Amma indi bilmirsən haranı qurtarıb, harada böyüyüb, harada tərbiyə alıb, gəlib müəyyən nazirliklərdə işə düzəlir və deyir ki, mənim öz komandam var, onlarla işləyəcəm. 20-30 illik işçiləri uzaqlaşdırılır”.

S.Rüstəmxanlı bölgələrimizdəki problemlər, süründürməçilik və bürokratik əngəllər barədə də danışıb.
Daha ətraflı Bakupost.az -ın “Sabir Rüstəmxanlı söhbətləri” layihəsində…

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv