!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binada lift qırıldı - Xəsarət alanlar var - YENİLƏNDİ

!Reklam – Yazi

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yenicag.az-a bildirilib ki, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:

“1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.

3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub”.

***

10:51

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv