Binəli Yıldırımdan Azərbaycan səfəri öncəsi ilk açıqlama – Video

Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Bakıya rəsmi səfər edəcək.

Yenicag.az xəbər verir ki, Yıldırım səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb:

“Qardaş ölkə Azərbaycana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Foruma qatılmaq üçün yola düşəcəyik. Nizami Gəncəvi XII əsrdə yaşamış Azərbaycan türkü böyük bir şairdir. O, Mövlana Cəlaləddin Rumi, Əlişir Nəvai kimi böyük insanlara ilham verən bir insan olmuşdur. Bu forum çərçivəsində Bakıda prezident İlham Əliyev, Milli Məclisin sədri, baş nazir və digər ölkələrdən gəlmiş dövlət rəsmiləri ilə görüşlər keçirəcəyik.”

Baş nazir Forumda müzakirə olunacaq mövzular haqqında da danışıb:

“Son illərdə bölgədə həyata keçirtdiyimiz əməkdaşlıq Qafqazın və Orta Asiyanın təhlükəsizliyi baxımından həyati önəmə sahibdir. Türkiyə, Azərbaycan, Gürcüstan, İran xarici işlər nazirləri də Bakıda görüş keçirəcəklər”.