!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binanın su sayğacları oğurlandı – Bakıda

!Reklam – Yazi

Bakıda yaşayış binasının su sayğacları oğurlanıb.

Hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Hüseynbala Əliyev küçəsi 17 ünvanında yerləşən binadan 11 ədəd su sayğacı oğurlanıb. Sayğacların oğurlanmasından sakinlər evə su gəlməyəndə xəbər tutublar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edilib və araşdırma aparılır.

Polis Bölməsindən verilən məlumata görə, bu ilin əvvəlindən bugünə qədər Nəsimi rayonu ərazisindən 21 ədəd su sayğacı oğurlanıb.(report)

Yeniçağ.az

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv