Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Yenicag.az saytının əldə etdiyi məlumata görə, Binəli Yıldırımın Azərbaycana səfəri avqustun 29-da başlayacaq.
B.Yıldırımın səfər çərçivəsində ölkə rəhbərliyi ilə bir sıra işgüzar görüşlər keçirməsi nəzərdə tutulub.