Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral məlumat verib.
Özoralın sözlərinə görə, BMM sədrinin sentyabrın 21-də keçiriləcək və Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.