Binəli Yıldırım Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, Türkiyə parlamentindən səfərin ikigünlük olacağı bildirilib.

Bu ziyarət B.Yıldırımın parlament sədri kimi Azərbaycana ilk səfəri olacaq.

Səfər zamanı spiker Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, bundan əvvəl Baş nazir vəzifəsində çalışan B.Yıldırım cari il iyulun 12-də parlamentin sədri seçilib./Trend/

COP29