!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəli Yıldırım Azərbaycanda qəza keçirdikdən sonra ilk dəfə açıqlama verdi

!Reklam – Yazi

“Bütün tibb heyətinə, o cümlədən Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olarkən yol qəzasına düşmüş Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.

O, qəzadan sonra ağır əməliyyatlar keçirdiyini və iki qabırğasının sındığını bildirib: “Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhmət var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.

B.Yıldırım söyləyib ki, bundan sonra müalicə ev şəraitində davam edəcək./Report/

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv