“Seçki gecəsi Huber köşkünün önündə camaat arasında 8 yaşlı körpənin ayağının əzilməsi Prezident Rəcəb Tayyib Ərdoğanı ağlatmışdı”.
Yenicag.az-ın məlumatına görə, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım “Anadolu” agentliyinin “Redaktor masası” adlı layihəsində çıxışı zamanı deyib.
O, ölkə başçısının xasiyyətcə kövrək insan olduğunu deyib:
“Seçki gecəsi körpənin ayağını əzməsi prezidentə elə təsir eləmişdi ki, telefonda danışanda ağlayırdı. Nə seçkidə qalib gəlməsinə, nə də o coşğuya hakim idi, bütün diqqətini o uşağa yönəltmişdi. Hətta “balkon çıxışını”ndan imtina etməyi belə düşünürdü”.
Qeyd edək ki, Türkiyədə seçkilərin nəticəsi açıqlandıqdan sonra Prezident Rəcəb Tayyip Ərdoğan “balkon çıxışını” sözügedən hadisəyə görə qısa etmişdi.