Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri Novruz Məmmədovu təbrik edib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə baş nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda qeyd olunub ki, Binəli Yıldırım baş nazir seçilməsi münasibətilə Məmmədova təbrik mesajı göndərib.