!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəli Yıldırım TDT-nin İstanbuldakı Baş ofisini ziyarət etdi - FOTO

!Reklam – Yazi

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım təşkilatın İstanbul şəhərindəki Baş ofisini ziyarət edib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, TDT Baş katibi Kubanıçbek Ömüralıyev ilə birgə keçirdiyi ikili görüş zamanı mətbuata açıqlamasında Binəli Yıldırım təşkilatın yeni sədrinin türk dünyası üçün səmərəli fəaliyyətini yüksək qiymətləndirib.

Həmçinin Binəli Yıldırım çıxışında zəlzələ zamanı türk dövlətlərinin xilasetmə dəstələri və könüllülərindən ibarət qrupların fədakarlığından və öz işlərini peşəkarcasına yerinə yetirmələrindən bəhs edib.

“Bu fəlakət zamanı TDT-nin mənası və məzmunu bir daha ortaya çıxdı. 16 mart tarixində əsrin fəlakətindən sonra ölkəmizlə həmrəylik sərgiləyən qardaş türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə Liderlər zirvəsi təşkil olunacaq. Ankarada keçirilən Zirvədə, biz də Ağsaqqallar Şurası olaraq TDT-ın daha da inkişaf etməsi, xalqlarımız arasındakı iş birliyini inkişaf etdirmək üçün çalışmaları davam etdirəcəyik”, – Binəli Yıldırım qeyd edib.

Görüşdə “Türk Dünyası- 2040 vizionu”nun əsl məqsədinin Avrasiya regionunda minillərdir davam edən türk mədəniyyət və adətlərinin gələcək nəsillərə çatdırılması olduğu vurğulanıb.

Ölkələrimiz arasında ticarətin asanlaşdırılması və artırılması, infrastrukturun gücləndirilməsi, dildə fikirdə və işdə birlik hədəfinin gerçəkləşdirilməsinin başlıca prioritet olması qeyd olunub.

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv