Binəli Yıldırımdan Ermənistana cavab

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Paşinyan çıxışında Türkiyə ilə heç bir ön şərt olmadan münasibət qurmağa hazır olduqlarını bildirmişdi. Türkiyənin baş naziri isə bunun üçün əvvəlcə Ermənistanın düşmən mövqeyindən əl çəkməsinin vacib olduğunu bildirib:

“Ermənistan illərdən bəri Türkiyəyə qarşı düşmən mövqeyindən, Türkiyənin torpaq bütövlüyünə, sərhədlərinə qarşı yanlış münasibətindən əl çəkərsə, yeni bir səhifə açmaq istəyirlərsə, bununla bağlı detalları birgə müzakirə edib, buna əsasən qarşılıq verərik. Biz heç kimlə, başda da qonşularımız olmaqla, nifaq içində yaşamaq istəmirik.  Biz təbii ki, hər şeyi ölkəmizin maraqları çərçivəsində qiymətləndiririk”.