Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Binəli Yıldırımın Bakı səfəri: TBMM sədri nə gətirib, nə aparacaq?

Reklam: High Technic

“Səfər çərçivəsində həm Azərbaycan, həm də Türkiyənin gündəmini məşğul edən məsələlər müzakirə ediləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın Azərbaycana rəsmi səfərinin məqsədini və mümkün nəticələrini şərh edən politoloq Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlunun sözlərinə görə, səfər gedişində iki qardaş ölkə arasında münasibətlər, regional problemlər və Qarabağ münaqişəsinin həlli məsələləri əsas müzakirə mövzuları olacaq:

“Öncə onu vurğulamaq lazımdır ki, ümumiyyətlə, qardaş Türkiyə rəsmiləri yeni təyinatlardan sonra ilk səfərlərini məhz Azərbaycana edirlər. Türkiyə ilə Azərbaycan strateji müttəfiq dövlətlərdir və yüksək səviyyəli qarşılıqlı səfərlər müntəzəm olaraq həyata keçirilir.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın səfərini də bu kontekstdə dəyərləndirmək olar. Böyük ehtimalla, Yıldırım bu səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə danışıqlarda ikitərəfli münasibətlərin indiki durumunu, regionda cərəyan edən son hadisələri və əlbəttə ki, Qarabağ münaqişəsinin nizamlanma prosesi ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

Söylənilənlərə əsasən deyə bilərəm ki, həm Azərbaycan, həm də Türkiyənin gündəmini məşğul edən məsələlərin danışıqlar masasına yatırılması mümkündür. Amma səfərin məqsədi və nəticələr barədə bir qədər sonra daha konkret fikir bildirmək mümkün olacaq”.

ELÇİN

www.yenicag.az

807
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100