!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəli Yıldırımın qəzaya düşdüyü avtomobilin FOTOsu yayıldı - YENİLƏNDİ

!Reklam – Yazi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırımla millət vəkili Şamil Ayrım yol qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, Ak Partiyadan verilən məlumata görə, onların olduğu avtomobil Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Yıldırımla Ayrımın vəziyyəti yaxşıdır. Onlar yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

Onlara dəstək olmaq üçün AKP-nin sədr müavini Ömər Çəlik də Bakıda qalacaq.

Qeyd edək ki, sosial mediada Binəli Yıldırımın qəzaya düşdüyü avtomobilin görüntüləri yayılıb. Həmin şəkli təqdim edirik:

 

 

www.yenicag.az

1791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv