!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədi sakinlərinin bitməyən çirkab su problemi - VİDEO

!Reklam – Yazi

Zirzəmi çirkab sularla dolub.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Binəqədi rayonu Üzeyir Hacıbəyov 4B ünvanındandır.

Sakinlər iddia edirlər ki, 10 ildir yaşadıqları 9 mərtəbəli binanın zirzəmisi mütəmadi olaraq çirkab sularla dolur. Üfunətdən nəinki bloka girmək, heç evdə oturmaq belə olmur. Sakinlər müraciət etdikcə aidiyyəti qurumların əməkdaşları zirzəmiyə yığılan suyu xüsusi nasosla təmizləyib geri dönürlər. Amma problem kökündən həll edilmir.

“Xəzər Xəbər”in müraciətindən sonra əraziyə Binəqədi rayon Sukanal idarəsinin qəza briqadası cəlb olundu. Binanın zirzəmisinə baxış keçirildi və ora çirkab sulardan təmizləndi.

“Azərsu” ASC-nin departament rəhbəri Anar Cəbrayıllı bildirdi ki, binanın zirzəmisindəki əsas toplayıcı kanalizasiya xətləri tam işlək vəziyyətdədir.

“Azərsu” rəsmisi ərazinin nəzarətdə saxlanacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv