!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bioloji fəallığa malik qida əlavələri ilə bağlı XƏBƏRDARLIQ

!Reklam – Yazi

Hazırda ölkəmizdə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsullardır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenicag.az-a verilən məlumata görə, BFMQƏ-lərin idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarı, ekspertizası isə “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” ilə bağlı qərara uyğun olaraq həyata keçirilir. Yerli istehsal və idxal edilən bütün BFMQƏ-lər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir və nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilir.

Agentlik özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, ölkəyə idxal edilən və istehsal olunan BFMQƏ-lər üzərində nəzarət tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb edilir.

Qeyd edək ki, 2021-ci il ərzində BFMQƏ-lərin ölkəyə idxalı ilə bağlı, ümumilikdə, 2932 müraciət olunub və 47 müraciət üzrə məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Təhlükəsizlik göstəriciləri uyğun olmayan məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə müvafiq qərarlar qəbul edilib. Aşkar olunan digər uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıqlar ünvanlanıb və onlara öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri ilə bağlı zəruri göstərişlər verilib. Uyğunsuzluqlar aşkar edildikdən sonra sözügedən məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilib. BFMQƏ-lərlə bağlı məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilərsiz.

BFMQƏ-lər qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. İstehlakçılar nəzərə almalıdır ki, BFMQƏ-lər dərman vasitəsi deyil, yalnız orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə nəzərdə tutulmuş qidalandırıcı maddələrdir. BFMQƏ-lər xəstəliklərdən qorumur, xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilə bilməz və normal qidalanmanı əvəz etmir. BFMQƏ-lərin istifadə təlimatında xəstəliklərin müalicəsində istifadəsi və ya bu cür təəssürat yaradan ifadələr qeyd olunmamalıdır.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin həkim reseptinə yazılması qadağan olunsa da, hələ də qanunsuz olaraq onların həkim reseptinə yazılması və apteklərdə reseptlə satışının həyata keçirilməsi hallarına rast gəlinir. Ona görə də reseptə yazılan dərmanların arasında BFMQƏ-nin olub-olmaması istehlakçılar tərəfindən dəqiqləşdirilməli və aptekdən xəstəliyin müalicəsi, yaxud profilaktikası ilə bağlı dərman alarkən onun BFMQƏ olmadığında əmin olmaq lazımdır. Həmçinin onların istifadəsi zamanı tövsiyə edilən sutkalıq doza keçilməməli və nəzərə alınmalıdır ki, BFMQƏ-lərin uşaqların istifadəsi üçün yaş həddi 4-14 yaş arası müəyyənləşdirilib. 4 yaşına qədər uşaqlar üçün isə yalnız bitki çayları formasında istifadə oluna bilər.

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin reklamında onun dərman vasitəsi olması və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaranmamalı, istifadəsinin faydaları, üstünlükləri barədə məlumat verilməməli, dərman vasitəsi olmadığı haqqında məlumatlar yer almalıdır. Qeyd edilənlərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edilib.

AQTA bəyan edir ki, BFMQƏ-lərin istehsalı, idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalı, hər hansı qanunsuz hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.

Məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilmiş BFMQƏ-lər
İstehsalçı şirkət Mənşə ölkəsi Məhsulun adı Seriya nömrəsi İstehsal və son istifadə tarixi Sertifikatlaşmadan imtinaya səbəb Nəticə
1 Jala Pharma MMC Ruminiya Bio Selen ZN №30 kapsul – BAD 49 01.07.2020

01.07.2022

tərkibində qurğuşun və kadmium aşkar edilib məhv edilib
2 Azəri Med MMC Türkiyə Devitor daxilə qəbul üçün məhlul damcı – BAD 21077 01.02.2021

01.02.2023

orqanoleptik göstəriciləri (xarici görünüşü, rəngi, dadı və iyi) uyğun deyil geri qaytarılıb
3 Polymax MMC Türkiyə Ferromax tablet – BAD 452 01.01.2021

01.01.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil məhv edilib
4 Zeytun Pharmaceuticals MMC İran Calcium 5oo kapsul – BAD 019479 01.05.2019

01.05.2021

qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilib inzibati tədbirlərin tətbiqi barədə qərar qəbul edilib
5 Çıraq-Farm 2017 Bosniya və Hersoqovina CERBİKOR – BAD L38A01L381220 01.03.2021

01.03.2024

məhsulun dərman vasitəsi olduğu müəyyən edilib məhv edilib
6 Forever Living Products ABŞ FOREVER FREEDOM (Orange Flavored Aloe Vera Juıse) / Forever Azadlıq şirəsi (Portağal ətirli Aloe Vera şirəsi), Məhlul 1000ML 260221 26.02.2021

26.02.2025

məhsul nümunələrini sınağa cəlb etmək mümkün olmamışdır məhv edilib
7 Nebula Medicine MMC San Marino NEBUFER, Tablet N30 1146 30.04.2021

30.04.2024

tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil məhvetmə qərarı

qəbul edilib

8 Avromed Company MMC ABŞ L-Eliksir / L-Elixir,

daxilə qəbul üçün məhlul-damcı 30 ml

8308 01.08.2020

01.08.2023

tərkibində qurğuşun aşkar edilib məhvetmə qərarı

qəbul edilib

9 Fətullayev Elşad Mikayıl oğlu Türkiyə TIOGREN, Kapsul N40 2032301 01.06.2021

01.06.2024

tərkibində kadmium aşkar edilib geri qaytarılıb
10 Jala Pharma MMC Ruminiya ZINK GODAROV, Kapsul №30 1412 01.09.2020

01.09.2022

tərkibində qurğuşun və kadmium aşkar edilib məhvetmə qərarı

qəbul edilib

11 Sky and Star Technologies MMC Hindistan URICLEAN, Tablet №30 EH 15001 01.05.2021

01.04.2024

tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil məhvetmə qərarı

qəbul edilib

12 Sky and Star Technologies MMC Hindistan PERFECT MIND, Tablet №30 EH 14001 01.05.2021

01.04.2024

tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil məhvetmə qərarı

qəbul edilib

13 Jala Pharma MMC Ruminiya ZINK GODAROV, Kapsul №30 1412 01.09.2020

01.09.2022

tərkibində qurğuşun aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil məhvetmə qərarı

qəbul edilib

14 Perfect farm MMC Türkiyə ENSER FORTE, Kapsul №30 0012 01.11.2021

01.11.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil geri qaytarılıb
15 Bio SPS MMC Türkiyə MOLLERS FORTE, Tablet №30 34 01.07.2021

01.07.2024

tərkibində qurğuşun aşkar edilib serifikatlaşdırmadan imtina edilib
Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilmiş BFMQƏ-lər
İstehsalçı şirkət Mənşə ölkəsi Məhsulun adı Seriya nömrəsi İstehsal və son istifadə tarixi Sertifikatlaşmadan imtinaya səbəb Nəticə
1 Əlifov Ayaz Əlixan Rusiya BAD-Funtin daxilə qəbul üçün damcı 30ml 03 07.12.2020

07.12.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
2 TAHA AZERBAIJAN MMC Çin LIPOXTOR Kapsul N30 05.08.2020 05.08.2020

04.08.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
3 İLKİN ABBASOV ELXAN OĞLU Türkiyə LEEN (WOMAN) / LEEN (qadınlar üçün), Kapsul №45 8386039 01.04.2021

01.04.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
4 Filuet Azərbaycan MMC İtaliya HERBALIFELINE MAX, Kapsul №30 J51502A 12.04.2021

12.04.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
5 Lifeactivepharm MMC Türkiyə AKROSOM PLUS TOZ Saşe N30 0001 10.07.2020

10.07.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
6 Filuet Azərbaycan MMC İtaliya HERBALIFELINE MAX, Kapsul №30 J51527A 07.05.2021

07.05.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
7 Pharm Line MMC Türkiyə HEPACAR FORTE №50 Kapsul HP 00402 01.01.2021

01.01.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib

8 AYAN COMPANY MMC Türkiyə NOTSER, Məhlul, Saşe №20 NT 00401 01.04.2021

01.04.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
9 Jala Pharma MMC Ruminiya VITAMIN C OKSTER Tablet №30 1414 01.09.2020

01.09.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
10 Sibirskoye Zdorovye Bakı MMC Rusiya İSTOKI ÇISTOTI, Kapsul №180 09 11.06.2020

11.06.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
11 Azəri Med MMC İsveçrə SWISS ENERGY HAIR, NAIL & SKIN Kapsul №30 0900023 01.01.2021

31.12.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
12 Ren Farm MMC Türkiyə RENADIL, Kapsul №30 0001 05.07.2021

05.07.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
13 Azəri Med MMC San Marino Liv-Aktiv Tablet N30 U385 01.09.2021

01.09.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
14 Arəri Med MMC Portuqaliya REVIFORCE ADULTO, Tablet №60 21004922 01.07.2021

01.07.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
15 Yurd Pharma MMC İtaliya MEVOLAFIBRE, Məhlul 300ML 19212 30.12.2019

30.12.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
16 Yurd Pharma MMC İtaliya MEVOLAFIBRE, Məhlul 300ML 2076 30.05.2020

30.05.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
17 Healthy Life MMC Türkiyə RAVITEL, Tablet № 30 521 01.11.2021

01.11.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
18 Avromed Company MMC Polşa Pari-flo, Kapsul №30 1680120 26.11.2020

26.10.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
19 Zaj Corporation MMC Türkiyə VINORM, Kapsul №30 VR00305 01.10.2019

01.10.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
20 Delta Max MMC Türkiyə ECHINOL HOT, Toz, Saşe №10 051 24.06.2021

24.06.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
21 EN LİFE GROUP MMC Türkiyə LIVERENSAL, Tablet №60 LR 00204 01.08.2021

01.08.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
22 EN LİFE GROUP MMC Türkiyə MODUSAKTIV, Tablet №30 MA 00205 01.08.2021

01.08.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
23 AYAN COMPANY MMC Türkiyə LOREFA, Kapsul №30 LF 00430 01.06.2021

01.06.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
24 Litpharma MMC Türkiyə SALCOVIT BABY, Şərbət 150 ML 518 01.11.2021

01.11.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
25 İNAM LİFE MMC Türkiyə İNAMITON PLUS, Kapsul №30 21743802 01.09.2021

01.09.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
26 Bion Medical Türkiyə SITURID, Tablet №30 ST 00430 01.08.2021

01.08.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
27 RP AZE MMC Yunanıstan D3 FIX/D3 FIKS, Daxili qəbul üçün məhlul-damcı 30 ML 21-003 06.07.2021

30.06.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
28 Zəkiyev Anar Zəkəriyyə Türkiyə NORMAVIT, Şərbət 200 ML NM-21/24-3 01.10.2021

01.10.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
29 Healthy Life MMC Türkiyə THYMEX, Şərbət 120 ML 536 01.12.2021

01.12.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
30 Healthy Life MMC Türkiyə LENORMA, Kapsul № 60 511 01.10.2021

01.10.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
31 Ares MMC Türkiyə UROTONIC 200ML Şərbət EX2020-068 01.11.2020

01.11.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib
32 Flora-Sun MMC Türkiyə NATCOL, Toz, Saşe №30 NT 00430 01.06.2021

01.06.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil serifikatlaşdırmadan imtina edilib

QEYD: Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina barədə qərar yalnız siyahıda qeyd olunan seriya nömrəli və istehsal və son istifadə tarixli BFMQƏ-lərə aiddir.

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv