!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bioloji silahlar, yeni viruslar: “Artıq iki nəfər yoluxub”

!Reklam – Yazi

2022-ci ildə bioloji silah kimi qiymətləndirilən “Marburq virusu”na iki yoluxma halı aşkar edilib.

Yenicag.az xəbər verir ki, bunu BFM-Novosibirsk agentliyinə müsahibəsində təhlükəli infeksiyaların tədqiqi laboratoriyasının rəhbəri Aleksandr Çepurnov deyib.

O, bildirib ki, virusa yoluxanlardan biri ölüb, digəri sağ qalıb:

“”Marburq virusu” ölümcüldür və ağrılara dözmək çox çətindir. “Marburq virusu” bir müddət əvvəl biosilah hesab olunurdu. Karantin tədbirlərinin tətbiqi və sanitar qaydalara riayət etməklə virusun yayılmasının qarşısını almaq kifayət qədər asandır. “Marburq virusu”nun xüsusiyyətləri Ebola ilə yaxındır. İlk dəfə Uqandadan meymunların idxalı ilə birlikdə Bolqarıstan və Almaniyada müəyyən edilib.

Novosibirskdəki Vektor mərkəzi “Marburq virusu” haqqında apardığı araşdırmada iki yoluxma faktının olduğunu üzə çıxarıb. Virusa yoluxan Nikolay Ustinov faciəli şəkildə ölüb. Ona sözügedən virus 1988-ci ildə həmən virusun daşıyıcısı olan qvineya donuzuna batırılmış iynədən keçib. İkinci hal isə 1990-cı ildə olub.

İkinci yoluxan şəxs Sergey Vizunov isə xilas edilib. 2003-2004-cü illərdə “Marburq virusu”na qarşı dərman hazırlanıb. Lakin dərman istifadə olunmadığına görə effektivliyindən danışmaq mənasızdır”.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv