!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir addım irəli, iki addım geri: "Ermənistan yenə də prosesi ləngidib vaxt qazanmağa çalışacaqsa..."

!Reklam – Yazi

“Ermənistanın yaxın müddət ərzində cəsarət taparaq sülh masasına oturacağına ümid edirik”.

Bunu Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının gedişatı barədə fikirlərini bölüşən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları üçün intensiv görüşlər keçirilsə də, razılaşdırılmayan məsələlər prosesi yubadır:

“Bəzi detallarda hələ ki fikir birliyi formalaşmayıb. Əgər həmin mübahisəli məsələlər və nüanslar müzakirələrlə həll edilərsə, yaxın perspektivdə sülh müqaviləsinin imzalanması mümkündür. Ermənistan qeyri-konstruktiv mövqedə dayanaraq yenə də prosesi ləngidib vaxt qazanmağa çalışacaqsa, proseslərin ləngiyəcəyi aydın məsələdir. Hər şey həm beynəlxalq, həm də regional siyasətdən asılıdır. Ermənistanın yaxın müddət ərzində cəsarət taparaq sülh masasına oturacağına ümid edirik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv