!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bir ailənin 3 üzvü yanaraq öldü - Azərbaycanda

!Reklam – Yazi

Lerik rayonunda baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb. 

Yenicag.az xəbər verir ki, məlumatı FHN-nin rəsmi saytı yayıb.

Məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yenicag.az

www.yenicag.az

816
Ads
www.veteninfo.com
!Reklam – Arxiv