!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir aya xarici dil öyrənmək mümkündür? – Mütəxəssis doğru bilinən yanlışları AÇIQLADI

!Reklam – Yazi

“Əgər fərdlər hər hansı bir xarici dili mənimsəmək istəyirsə, bunu müəyyən sistem əsasında etməli və sadəcə, öz səbrinə arxalanmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xarici dil öyrənmədə doğru bilinən yanlışlar və diqqət olunası məqamlar haqda danışan ingilis dili üzrə mütəxəssis, yazıçı Rövşən Şərif deyib.

Onun sözlərinə görə, xarici dil hər hansı fənn deyil, ünsiyyət vasitəsidir.

“Xarici dil bacarıqları insanların uğurlarının təməllərindən biridir. Əgər fərdlər hər hansı bir xarici dili mənimsəmək istəyirsə, bunu müəyyən sistem əsasında etməli və sadəcə, öz səbrinə arxalanmalıdır. Dil hər hansı fənn deyil, ünsiyyət vasitəsidir”, – deyə o əlavə edib.

Onun fikrincə, xarici dilə bu prinsiplə yanaşılmalıdır. “Əfsuslar olsun ki, son dövrlərdə bəzi xarici dil kursları ingilis dili ilə bağlı “20-30-40 günə dil öyrədirik” kimi marketinq hiylələrinə baş vururlar. Lakin bu, cəfəngiyyatdır. Bu, sadəcə, daha çox tələbəni cəlb etmək üçün bir sistemdir. Bəzən insanlarda xarici dili neçə günə öyrənə bilərəm kimi suallar yaranır. Ümumiyyətlə, xarici dil öyrənmənin müəyyən bir zamanı yoxdur. Bunun spesifik bir cavabı mövcud deyil. Çünki xarici dil öyrənmə fərdlərin şəxsi potensiallarından asılı olan məsələdir. Əgər gün ərzində xarici dilə nə qədər çox zaman ayrılarsa, düşünürəm ki, bu zaman nəticə əldə etmək mümkün olacaq. Dil sistemli olaraq insanın həyat tərzinə çevrilməlidir. Dili öyrənmək vərdiş halına gətirilməlidir”, – mütəxəssis bildirib.

Ekspert qeyd edir ki, qrammatika və lüğət əzbərləmə əsasında “speaking” tədris olunması yanlış addımdır:

“Bəzən tələbələr arasında “mən dili başa düşürəm, lakin danışa bilmirəm” kimi fikir formalaşa bilir. Lakin bu belə deyil. Əgər siz dili anlayırsınızsa, eyni zamanda danışmağa başlamalısınız. Xarici dildə danışmağın əsas səbəbi dinləməkdən gəlir. İnsanlar hər gün xarici dildə dinləmələr etməlidir ki, danışıq inkişaf etsin. Qrammatika və lüğət əzbərləmə əsasında “speakinq” tədris olunması yanlış addımdır. Əgər bir insan xarici dildə ünsiyyət qurmaq, danışmaq istəyirsə, həmin dili dinləməlidir. Burada əsas önəmli olan aktiv dinləmədir. Yəni xarici dildə mətn dinləyərkən həm qeydlər aparmalı, həm də onu oxuyaraq dinləməlidir. Burada həm qulaq, həm də göz yaddaşı inkişaf edir. Bunlar balanslı şəkildə baş verdikdə, təbii ki, nəticəsi olacaq. Qrammatika və lüğət dilin akademik hissəsinə aiddir. Bu gün tələbələr beynəlxalq xarici dil imtahanına hazırlaşdıqda bunlardan müəyyən qədər istifadə etmək mümkündür. Lakin bu da danışıqda qrammatika və lüğət əzbərləmənin vacib olduğuna dəlalət etmir”.

Mütəxəssis əlavə edib ki, gənclər xarici dili dialoqlar, monoloqlar şəklində, səhnəcik içərisində öyrənərsə, daha keyfiyyətli olar:

Lüğət əzbərləmək sistemi məktəb dövründən gələn ənənəvi bir üsuldur. İndiki xarici dil öyrənmək istəyən gənclərə baxsaq, görərik ki, onların söz ehtiyatı çox olsa da, həmin dildə danışmağa çətinlik çəkir. Çünki onlar həmin sözləri cümlə daxilində mənimsəməyib. Bəzən biz müxtəlif kurslar tərəfindən “conservation” klubların keçirildiyinin tez-tez şahidi oluruq. Burada çox vaxt xarici dildə eyni səviyyədə olmayan tələbələr bir araya gətirilir. Lakin bu belə olmamalıdır. Bir qrupda yalnız eyni səviyyədə olan tələbələr bir araya toplaşmalıdır. Xarici dildə əsas məsələ intizamlı olmaqdır. Davamiyyət varsa, deməli nəticə də olacaq. Vinston Çörçillin gözəl bir cümləsi var: “Uğur son, uğursuzluq ölümcül deyil, önəmli olan davamiyyətdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv