!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir ayda milyardlıq fərq: "Əhalinin gəlirləri yüksəlmədən pul bazası artıbsa..." - İqtisadçıdan İNFLYASİYA AÇIQLAMASI

!Reklam – Yazi

“Müsbət təsir o zaman ola bilər ki, ölkədə iqtisadi artım yaşansın”.

Bu fikirləri ölkədə ötən ay pul bazasının bir milyard manatdan çox artmasının iqtisadi təsirlərinə toxunan iqtisadçı Toğrul Vəliyev Yenicag.az-a açıqlamasında bildirib.

İqtisadçı əhalinin gəlirləri yüksəlmədən pul bazasının artımını xərclərin çoxalması ilə əlaqələndirib:

“Pul bazasının artımı müəyyən amillərlə bağlıdır. Yəni hansısa xərclərin artdığı zaman baş verə bilir. Bizim müşahidə etdiyimiz ondan ibarətdir ki, əhalinin gəlirləri yüksəlmədən pul bazası artıbsa, böyük ehtimalla, deyə bilərik ki, dövlət büdcəsinin xərcləri ilə və ya investisiya xərcləri ilə bağlı vəsaitlərin artımı buna səbəb olmuşdur. Bunlar hələ ki yalnız ehtimaldır. Çünki Mərkəzi Bank bununla bağlı ətraflı məlumatı bir qədər sonra verəcəkdir.

Bəs bu hadisə müsbətdir, ya yox? Müsbət təsir o zaman ola bilər ki, ölkədə iqtisadi artım yaşansın. Lakin bizdə indiki məsələ ondan ibarətdir ki, neft ixracatından başqa, demək olar ki, gəlir mənbəyi yoxdur. Həmçinin neft sahəsində müəyyən problemlər olduğundan inflyasiya müşahidə edilir. Nəticə etibarilə pul bazasının artımı inflyasiyanın artımına səbəb olacaq. Çünki hər bir halda pul bazası artırsa, deməli, inflyasiya da artacaq.

Yusif Səmədzadə

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv