!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir-birinin sözü boğazından keçməyən TOPLUM: Cəmiyyətdə artan aqressiyanın səbəbi nədir? - Sosioloqdan HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Koronavirusdan sonra cəmiyyətdə psixoloji problemi olan insanların da sayı artıb”.

Bunu son vaxtlar cəmiyyətdə artan qəzəb, aqressiya halları və digər mənfi xüsusiyyətlərin yaranma səbəbləri haqqında danışan sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a şərh edərkən deyib.

Sosioloq bunu mənəvi dəyərlərin getdikcə aşınması və maddi çatışmazlıqlar başda olmaqla, bir sıra problemlərlə əlaqələndirib:

“Orta məktəblərdə valideynlərlə iş düzgün qurulmayıb. Bu günün şagirdi, otuz il əvvəlin şagirdi deyil. Dövr, dəyərlər dəyişib. Cəmiyyət günü-gündən mürəkkəbləşir, aqressiyalar artır. Bunu görə də cəmiyyəti başlı-başına buraxmaq olmaz. İnsanların sosial durumları daim nəzarətdə olmalıdır. Savadlı sosioloqlar yetişdirilməlidir ki, onlar mütəmadi olaraq insanlarla ünsiyyətdə olsun, problemlərlə maraqlansın, düzgün yol göstərsinlər. Təhsil sistemində xeyli dəyişikliklər edilməlidir. Birinci sinifdən başlayaraq uşaqlara insanpərvərlik, humanizm kimi prinsiplər aşılanmalıdır. Onlar bu ruhda tərbiyə olunmalıdırlər. Məktəblər bu məsələdə valideynlərlə birgə çalışmalı, valideyn özü də maariflənməlidir.

Cəmiyyətdə nəzarət gücləndirilməlidir. Bütün məkanlarda kameralar quraşdırılmalıdır. Təhlükəsizlik tədbirləri gücləndirilsə, qətl hallarının da qarşısı alınar. Tutalım, məşqçidirsə, idman zalında hərəkətlərini tənzimləyər, kobud, aqressiv, vəhşi hərəkətlərə yol verməz. Eləcə də digər məkanlarda. Bu çox vacib məqamdır.

Azərbaycanda təhlükəsizlik məsələləri çox vaxt diqqətdən kənarda qalır. İşə götürülən şəxsin sosial, psixoloji durumu yoxlanılmalıdır. Bununla bağlı xüsusi komissiya yaradılmalı, müəyyən sənədlər yoxlanılmalıdır. Bilinməlidir ki, tutalım, bu müəllimi sinfə buraxmaq olar, ya olmaz. Artıq cəmiyyət bunu tələb edir. Koronavirusdan sonra cəmiyyətdə psixoloji problemi olan insanların da sayı artıb”.

Cəvahir

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv