!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir çox sahibkar böyük məbləğdə kredit götürmək üçün...” - RƏY

!Reklam – Yazi

“Bu gün regionlarda fəaliyyət göstərən sahibkarların əsas problemlərindən biri də girov təminatı ilə bağlıdır”.

Bu sözləri regionlarda kreditlərin əlçatan olmasının həll yollarıyla bağlı münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə regionlarda KOBİA və Kənd Təsərrüfatı Nazirliyini layihələriylə yanaşı özəl bankların da bu prosesə cəlb edilməsi əhəmiyyətlidir:

“Məlum olduğu kimi bu gün ayrılan kreditlərin 75 faizi əsasən, Bakı şəhərini əhatə etməkdədir. Bu da sözsüz ki, arzuedilən bir hal deyil. Bu gün regionlarda fəaliyyət göstərən sahibkarların əsas problemlərindən biri də girov təminatı ilə bağlıdır. Bu məsələ girovların dəyərinin aşağı qiymətləndirilməsi ilə əlaqədardır. Adıçəkilən məsələ kreditlərin əlçatanlığını daha da çətinləşdirir.

İkinci bir məqam əksər bankların regionlarda filiallarının fəaliyyət göstərməməsidir. Bu nüans da kreditlərin əldə edilməsini qəlizləşdirən amillərdən biridir. Buna görə də bir çox şəxs böyük məbləğdə kredit götürmək üçün Bakıya üz tutmalı olur. Beləliklə də, regionlarda girovların düzgün qiymətləndiriklməsi prosesi baş tutmur.

Nəzərə almaq lazımdır ki, bu gün ölkədəki kredit portfelində ötən illə müqayisədə 14 faiz artım müşahidə olunur. Əsasən də bu kredit növünü istehlak kreditləri təşkil edir. Bu baxımdan da hesab edirəm ki, regionlarda kiçik və orta biznesin inkişafına şərait yaradılmalıdır. Düzdür, iki qurum tərəfindən sahibkarlara öz fəaliyyətləri ilə bağlı kreditlər ayrılır. Söhbət Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin aqrobiznes layihəsindən gedir. Hesab edirəm ki, bu proseslərə özəl bankların da cəlb edilməsi böyük əhəmiyyət kəsb edə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv