!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir gəncin Şuşa manifesti

!Reklam – Yazi

Azərbaycana, doğma vətənimə döndükdən sonra arzularım bitmirdi ki, bitmirdi… Hələ Ankarada olanda eşidirdim ki, hamı Şuşaya gedir. Mən isə hələ dəvət olunmamışdım. Öz – özümə fikirləşirdim ki, görəsən bu arzumu kim reallaşdıracaq.

Dostlara, tanışlara Qarabağ nisgilimi hər zaman dilə gətirirdim.

Akademiyada dərsdə idim. Elə ki, zəng oldu, sinif auditoriyasındakı tələbələrlə vidalaşıb kafedraya gəldim. Azərbaycan Yazıçılar Birliyindən zəng etdilər ki, sədr müavini dəyərli Rəşad Məcid sizə mesaj yazır açın baxın! Mən də tələm – tələsik mesajları oxudum. Kimliyimin surətini Mədəniyyət Nazirliyinə göndərdim. Rəşad Məcid mənim arzumu gerçəkləşdirmək istəyirmiş ! Burdan təşəkkür etməyi özümə borc bildim. Axı mənim vətənpərvərlik hisslərim oyananda , Qarabağ işğalda ikən Cənubi Azərbaycana gedib ordan Cəbrayılı, Xudafərini izləyib kədərlənmişdim…

İndi isə işğaldan azad olunmuş Şuşaya səfər etməyin özü də Türksoyun Türk Dünyasının Mədəniyyət paytaxtı elan etdiyi əziz Şuşanın yekun tədbirində iştirak etməyin necə böyük fəxrli hiss imiş…Qisməti mənə də nəsib olmuşdu… Bunu gerçəkləşdirməyin necə gözəl duyğu olmağını çevrəmdə anlayan tək şəxs olmaq da Rəşad Məcid adlı səbəbkara qismət olmuşdu… Beləliklə, yazıçı, şair dostlarımızla Füzulidən keçib oradan da Şuşaya yollandıq. Yazıçı-şair Aqşin Yeniseylə də yol yoldaşı olub bir kitabımı yolda bağışladım. 525-ci qəzetdə çalışan yazıçı dostların söhbətlərinə doymaq olmurdu. O uzun yol bir anlıq qısalmışdı gözümdə! Vətənpərvər gəncliklə fəxr etməmək mümkünatsız idi …

İndi də sizə bir az Şuşadan danışım… Şuşanın aşırımlı yollarında “Şuşanın dağları” mahnısını dinləyirdim… Dağları heyrətamiz Şuşanın hər tərəfi meşəyə bürünmüşdü. Şuşanın meşələrinə payız gəlmişdi. Quşlar öz isti yuvalarından köç edib getmişdilər. Ölməz şair Səməd Vurğunun şeirini yada salıb bir gün qayıdarlar – deyə fikirləşirdim.

“Afrikadan Hindistandan
Qonaq gəlir bizə quşlar
Zülm əlindən qurtulmuşlar.“

Dağları meşəli Şuşa !

Aşırımlar yol boyunca bitmir ki, bitmir..

Bizi daha da yüksəkliklərə qaldırır. Hər aşırımı keçdikdə meşəli dağlar mənə Ankara – Kastomonu yolunu xatırladır. Qaradəniz yollarına necə də bənzəyir gözəl Şuşanın yolları! Məni özünə valeh edən bu əziz şəhərə ziyarətimin xatirəyə çevriləcəyini bilirdim. Amma xatirələri oyadan bir duyğu olacağını bilməzdim.

Şuşaya gəlib çatanda digər avtobusdan şair-yazıçı Əkbər Qoşalının endiyini gördüm və yaxınlaşıb salamlaşandan, hal-əhval tutandan sonra məzəli , duzlu söhbətlərini hər zamanki kimi dinlədim… Türk dünyasından gələn qonaqlarla birlikdə “Şuşa” otelə gedirik. Necə də gözəl memarlıq üslubu ilə tikilib -deyə fikirləşirəm.

Heyf ki, oteldə qalmayacağıq, bəlkə məndə bir “Otel otağı” ərsəyə gətirərdim. Yaxşı şəyirdlər ustaların yolundan getməlidir axı… Budur, Türksoyun tədbiri başlayır. Bizə ayrılmış yerlərə əyləşirik…
hörmətli Rəşad Məcidə, bizi orada qarşılayan hörmətli Mədəniyyət Nazirimizə və Cənab Prezidentin səlahiyyətli nümayəndəsinə təşəkkür edirəm…

“Biz Şuşaya gedəcəyik, inanın, gedəcəyik! “ -deyən ümumimilli liderimizi yadımıza salıb rəhmət oxuyuram. Müzəffər Ali Baş komandanın “Şuşa bizimdir , Qarabağ bizimdir , Qarabağ Azərbaycandır!” sözlərinə real həyatda şahid olmuşdum…

Biri birindən gözəl musiqi sədaları, milli musiqimizlə yanaşı milli rəqslərimi böyük bir maraqla dinləyib protkol çıxarışlarına, təqdim edilən mükafatları alqışladıq. Yeməyimizi yedikdən sonra gənc yazıçı dostlarla yığışıb Şuşanı gəzmək qərarına gəldik. Yazıçı yoldaşlarla Şuşanı izlədik, dağları ormanlı Şuşanı.! Dağlarında, bağlarında evlər ucaldılmış əsrarəngiz gözəlliyi, füsunkar təbiəti ilə insanı özünə valeh edən Şuşanı! Tarixi evlərin yanından keçib, xanın qızı Xurşidbanu Natəvanın ev muzeyinə kənardan baxdıq.
Xan qızı Natəvanın bulağından axan su ilə üzümüzü yuduq. Gənc şairlərin şeirlərinin sədası altında Şuşanı o tarixi qalasında ziyarətdə Pənah Əli Xanı İbrahimxəlil xanı rəhmətlə andıq. Tələsirdik ! Elə o günü də Bakıya çatmalı idik. Oradakı dostlarımızla sağollaşdıq.

Şuşanın aşırımlı yollarını gedərkən artıq qaranlıq düşürdü. Polis maşını bizi Bakıya qədər müşaiət edəcəkdi… Yol boyunca fikirləşirəm ki bu xatirələrin adını nə qoyum . Xatirələr sona çatır… Polisimizə qəlbimdə minnətdarlıq edirəm…

Bir vaxt həsrət yanğısıyla Arazın o tayından baxdığım o işğal altındakı torpaqları indi işgaldan sonra görən bir vətənpərvər gəncin xatirələriydi bu! Görəsən bitirdiyim bu xatirə yazısının adını nə qoya bilərəm? Düşünəndə avtobus yavaş-yavaş Bakıya-Hökumət Evinə çatırdı…

Birdən “Arzular Arazda qaldı “ kitabında cənubi Azərbaycandan hələ Qarabağ işğalda ikən gördüyüm, həsrətini dilə gətirdiyim xatirələr yadıma düşür.

Karabağda uçan
turna!
Göç eyleyip gelen
turna !
Söyle yurdum bir nasıldır?

Qarabağsız dünya bana
Bilin ki ,zindan olmuşdur.

Həqiqətən də, fikirləşirəm ki, o vaxtlarımı; sonra da, Şuşaya gedə bilmədiyim bu illəri … Bilməzdim ki, öz həyatım ağlıma gələrdi. Arximed kimi “Evrika” deyirdim. Xatirəmə ad tapmışdım – Həyatım , Şuşanı görmək isə arzum idi. Şükür görmüşdüm! Elə maşın dayanmışdı xatirələrimə artıq tam ad da tapmışdım. Qoy bu hekayəyə dönən həyat xatirələrimin adı belə olsun: – Bir gəncin Şuşa manifesti …
Şuşa – Bakı yolu/ Dekabr 2023

Elçin Süleymanov
AYB-nin üzvü.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv