!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir gündə silah dolu 7-ci TƏYYARƏ: ABŞ Ukraynanı “döyüşə hazır vəziyyət”ə gətirir

!Reklam – Yazi

ABŞ-dən silah yüklənmiş 7-ci təyyarə bu gün Ukrayna ərazisinə enib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “Twitter” hesabında paylaşıb.

Nazirin sözlərinə görə, “Borispol” hava limanına enən 7-ci təyyarədə qumbaraatanlar üçün 85 ton sursat gətirilib. Reznikov əlavə edib ki, ABŞ-dən Ukraynaya silah göndərilməsi davam edəcək.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına əsasən, bu günə qədər ABŞ-dən 200 milyon dollar dəyərində silah yüklənmiş 45 təyyarə qəbul edilib.

ABŞ-nin Ukraynaya müasir silah-sursat göndərməsi Rusiyanın bu ölkəyə hərbi müdaxilə riskinin artması ilə əlaqələndirilir. Moskva bu ittihamları qəbul etməsə də, ABŞ başda olmaqla, Qərb ölkələri bu təhlükənin kifayət qədər ciddi olduğunu düşünürlər.

ABŞ-dən başqa Böyük Britaniya da Ukraynanın silahlandırılmasından yaxından iştirak edərək, ölkəyə bir neçə min ədəd tank əleyhinə yüngül raket çatdırıb.

Eyni zamanda, Kanada Ukraynaya silah alınması üçün 268 milyon dollar yardım göstərməyi qərara alıb. Polşa isə Ukrayna ordusunu “Piorun” gəzdirilən zenit-raket kompleksləri ilə təchiz edir.

Bu kampaniyaya qoşulan Niderland Ukrayna hərbçiləri üçün 48 müasir hospital və bərpa mərkəzinin inşası proqramında iştirak niyyətini bəyan edib.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv