Kürdəmir sakini intihar edib.
Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şusün kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Mələk Əlıxan qızı Abbasova yaşadığı evdə özünü asaraq intihar edib. M. Abbasovanın hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha bir intihar faktı Ağsuda qeydə alınıb. Hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Nizami küçəsindəki 12 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilinin çardağından özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, bu gün ilk intihar xəbəri Qusardan gəlmişdi. Bu rayonun Ləyəq qışlaq kəndində 1959-cu il təvəllüdlü Məhsimov Hacıxan Abdurzağa oğlu özünü fermada asaraq öldürüb. nun xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (APA)