!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir həftədə rekord yoluxma - 2,4 milyondan çox...

!Reklam – Yazi

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 40 milyon nəfəri ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı hesabat yayıb.

Hesabatda qeyd olunub ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 2,4 milyondan çox artıb ki, bu da pandemiyanın başlanğıcından yeddi gündə rekord göstəricidir.

Ötən həftənin sonuna 40 milyondan çox yoluxma, 1,1 milyon ölüm hadisəsi qeydə alınıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 18,8 milyondan çox yoluxma və 608 mindən çox ölüm halı. İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 8 milyonu, ölənlərin sayı isə 256 mini keçib. Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə yoluxanların sayı 8,5 milyonu, ölənlərin sayı isə 135 mini ötüb.

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv