!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir il ərzində 50 almaz tapdı - FOTO

!Reklam – Yazi

ABŞ-nin Arkanzas ştatında yaşayan Skott Kreyks son 4 ildə 80, 2022-ci ildə isə 50 almaz tapıb.

Yenicag.az “New York Post”a istinadən xəbər verir ki, Kreyks “Diamond Crater” parkında apardığı axtarışlarla son 4 ildə 80 almaz tapıb.

Kreyks üçün 2022-ci il daha məhsuldar keçib. Belə ki, o bu il ərzində 50 almaz tapıb.

Kreyksin tapdığı son almaz isə parkın tarixinə keçib. Belə ki, bu, 1972-ci ildə axtarışlar üçün açıq elan edilən parkda tapılan 35 minincə almazdır.

Qeyd edək ki, parkın qaydalarına əsasən, qeydiyyatdan keçən vətəndaşlar ərazidən 22 kiloqramdan çox olmayan çınqıl toplaya, sonra daha əlverişli şəraitdə mineralların olub-olmadığını yoxlaya bilərlər.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv