Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bir ildə iki faciə yaşayan Nüşabə Ələsgərli: “Məhv olurdum, məni o sevgi diriltdi...”

Əməkdar artist Nüşabə Ələsgərli nəhayət ki, uzun fasilədən sonra yeni mahnılar yazdırmağa qərar verib. Anası və bacısını itirən sənətçi depressiyadan yavaş-yavaş çıxdığını bildirib.

Yenicag.az-a açıqlama verən sənətçi onu depressiyadan çıxartdığına görə sosial şəbəkə dostlarına minnətdarlığını bildirib:

“Anamdan və bacımdan sonra ilyarım efirlərə çıxmadım. Həmin müddətdə insanlar mənə sosial şəbəkədə təsəlli verdilər, dərdimə şərik çıxdılar. Fikirləşdim ki, onları nə məcbur edir ki, mənə sevgilərini belə izhar edirlər?! Demək ki, onlar məni unutmayıblar, həqiqətən sevirlərmiş. Bu sevgi məni yaşatdı, ayağa qaldırdı.
Eyni zamanda ətrafımda baş verən hadisələr məni dəyişdi. Yanvar ayında qonşumuzda gənc bir qız rəhmətə getdi. Sanki silkələndim, fikirləşdim ki, bu gənc qız həyatın ən şirin vaxtında ailəsinə dərd verib, dünyadan köçdü. Halıma şükür etdim. Ard-arda neftçilərin ölümünü, qəzalarda dünyasını dəyişənləri görüb, özümü qınadım. Başa düşdüm ki, əzizinin meyidini belə tapa bilməyənlər var. Anladım ki, şükran olmaq lazımdır. Son aylarda bir neçə verilişə çıxdım, indi yeni mahnılar yazdırmaq istəyirəm. Nə etmək olar ki, həyat davam edir”.

Cəvahir Səlimqızı
Yenicag.az

www.yenicag.az

797
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100