!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir ildir qeydiyyata düşə bilməyən vətəndaş məhkəməyə üz tutdu - VİDEO

!Reklam – Yazi

Vətəndaş Saleh Məmmədli 12 ay əvvəl yaşayış yeri olaraq göstərilən polis qeydiyyatından çıxarılsa da, hələ də qeydiyyata düşə bilməyib.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, 3-cü qrup əlillik dərəcəsi olan Saleh Məmmədlinin bir ildir ki, heç bir yerdə qeydiyyatı yoxdur.

Saleh Məmmədli bildirib ki, 2009-cu ildən ərazi üzrə polis bölməsində qeydiyyatda olub. Daha sonra qeydiyyatdan çıxarılıb və elə həmin gündən problemləri başlayıb.

Rəsmi qurumlara etdiyi müraciətlər nəticə vermədiyindən Saleh Məmmədli bu dəfə məhkəməyə üz tutub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda polis bölmələrində heç kimin qeydiyyatı aparılmır:

“Problemi olan hər kəs məhkəməyə müraciət edir. Əgər məhkəmə qərar çıxarsa ki, qeydiyyat bölmədə olsun o zaman bu məsələyə baxılır”.

Ətraflı süjetdə:

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv