!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir insan nə qədər ac-susuz qala bilər? – ARAŞDIRMA

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələdə dağıntıəlar altında qalanların xeyli qismi 90-100 saat sonra xilas edilib. Onların bu qədər vaxt ac-susuz qalmasına baxmayaraq, sağlam şəkildə xilas olmaları insanları təəccübləndirib.

Bir insan maye qəbul etmədən, yemək yemədən nə qədər müddət yaşaya bilər?

Yenicag.az insan orqanizmasının aclığa və susuzluğa maksimum neçə gün tab gətirəcəyini təqdim edir:

“Dehidrasiyaya (maye çatışmazlığı – red) məruz qalmaq və buna baxmayaraq sağ qalmaq mühitdən asılıdır. Əgər insan tempraturun aşağı olduğu və hərəkət etmədiyi bir mühitdədirsə, 1 həftəyə qədər susuz yaşaya bilər. Amerikalı professor Klaudi Piantodosi bildirib ki, sərin havada su içmədən 100 saat qalmaq mümkündür. Amma bir başa günəş işığına məruz qalmaq maye ehtiyacını tezləşdirir.

Qida qəbul etmədən yaşamaq isə bədən çəkisindən və susuz qalma müddətindən asılıdır. Sağlamlıq problemi olmayan insan yemək yemədən orta hesabla 30 gün yaşaya bilər. Uzun müddət qida qəbul edilmədiyi zaman əvvəlcə karbohidratlar, sonra yağlar, daha sonra isə zülallar istehlak edilməyə başlayır. Tədricən orqanlar öz funksiyalarını itirir və son olaraq bir-bir iflas edir”.

www.yenicag.az

3834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv