Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir kəşfiyyatçının uğuru - 48 terrorun qarşısı necə alınıb?

İraq xüsusi xidmət orqanlarının əməkdaşı, kapitan Harit əl Sudani cihadçı kimi İŞİD-ə üzv olaraq İraqda planlaşdırılan 48 terror aktının qarşısını alıb.

Yenicag.az xəbər verir ki, kapitan Harit əl Sudani İŞİD-ə 2014-cü ildə cihadçı kimi üzv olub. İraq mediasında yayılan informasiyaya görə, Harit əl Sudani deşifrə olunana qədər 30 bomba yüklü maşının, 18 kamikadzenin terror aktı törətməsinin qarşısını alıb.

İraq mediası yazır ki, bunun üçün Harit əl Sudani bomba yüklü maşınları təyin edilmiş nöqtəyə özünün aparmasını istəyib və ərazidə saxta bombalar partladaraq terror aktı görüntüsü verib. Buna misal olaraq, 2016-cı ildə Bağdadın Əl Hürriyə bölgəsindəki bazarda baş verən olayı göstərmək olar. Belə ki, əslində burada bomba yüklü maşın partladılmayıb. Onun yerinə isə saxta bomba partlayıb və hadisənin iştirakçısı olan bir qrup şəxs ölü və yaralı təqlidi edərək, olaya terror aktı görüntüsü verib. Baş verənlərin saxta olduğunu bilməyən İŞİD, “terror aktı”na görə məsuliyyəti öz üzərinə götürüb.

Harit əl Sudaninin İraq kəşfiyyatındakı rəhbəri Əbu Əli əl Basari jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İŞİD Harit əl Sudanidən şübhələnməyə başlayanda maşınına dinləyici cihaz yerləşdirib:

“İŞİD rəhbərliyi bizim onunla danışdığımızı biləndə onun ölüm hökmünü verdi”.

İraq kəşfiyyatı 2017-ci ildə İŞİD tərəfindən 4 nəfərin öldürülməsinə dair yayımlanan görüntüdəki şəxslərdən birinin Harit əl Sudani olduğunu iddia edir.

Lakin bu günə qədər iraqlı kəşfiyyatçının cəsədi tapılmayıb.

Attila

www.yenicag.az

1416