!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir kitab, bir həyat” layihəsinə növbəti töhfə

!Reklam – Yazi

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi məhkum qadınların maariflənməsi istiqamətində “Bir kitab,bir həyat” layihəsini davam etdirir.

Bu dəfə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası birliyin çağrışına öz töhfəsini verib.

Ölkənin əsas kitabxanası öz zəngin bədii ədəbiyyat bazasını məhkum qadınıların önünə çıxarıb. Təbii ki, bir kitabxananın əsas qayəsi oxucu ilə kitab arasında sevgi toxumu səpməkdir. Bu mənada, həyata dörd divar çərçivəsindən baxan qadınların vaxtını səmərəli keçirməsinə, maariflənib özünə yeni və doğru yol seçməsinə yardım etmək üçün Milli Kitabxana öz bazasından ən maraqlı bədii ədəbiyyat nümunələri seçərək birliyə təqdim edib. Bu xoşməramlı addıma görə “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri jurnalist Firuzə İskəndərova (Fira Cəlilova) kitabxana rəhbərliyinə təşəkkür edib.

Layihə il ərzində davam edəcək.

Qeyd edək ki, layihə təşkilat və fərdlərin məhkum qadınlara öz kitab rəfindən bir kitab hədiyyə etməsini ehtiva edir.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv