!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir "KORİDOR"da ilişib qalan dövlətlər: "Münaqişənin saxlanılması və Zəngəzur dəhlizinin açılmaması..."

!Reklam – Yazi

“Rusiya da üzdə dəhlizin açılmasının tərəfdaşı olduğunu göstərsə də, işlərin yolunda getməməsi üçün əlindən gələni edir”.

Bunu Ermənistanın törətdiyi son təxribatlara İran və Rusiyanın müdaxil olma ehtimalından danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Aydın Quliyev bildirib ki, son baş verən təxribatlarda təxribatlarda Rusiya və İran əlinin olması ehtimalı güclüdür:

“İran dəfələrlə Ermənistan üçün yaranacaq təhlükəni özünə qarşı olan təhlükə, Zəngəzurla bağlı hər hansı dəyişikliyi isə İranın strateji maraqlarına zidd addım kimi qiymətləndirəcəyi ilə bağlı bəyanat verib. Yəni münaqişənin saxlanılması və Zəngəzur dəhlizinin açılmaması İranın maraqlarına uyğundur.

Həmçinin Rusiya da üzdə dəhlizin açılmasının tərəfdaşı olduğunu göstərsə də, işlərin yolunda getməməsi üçün əlindən gələni edir. Bu səbəbdən təxribatlarda Rusiya və İran əlinin olması ehtimalı əsaslıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycanla birgə Türkiyənin də inkişafına səbəb olacaq amildir. Lakin Fransa və digər bu kimi dövlətlərin mənafelərinə cavab vermir. Bir sözlə, Paşinyan törətdiyi təxribatlarda tək deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv