!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir neçə ay davam edən naməlum virus YAYILDI

!Reklam – Yazi

Rusiyada bir neçə ay davam edən naməlum soyuqdəymə aşkar edilib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, ruslar qəribə və uzun müddət davam edən kəskin respirator virus infeksiyaları ilə xəstələnməyə başlayıblar.

Xəstələr üçüncü aydır ki, xəstə olduqlarından şikayətlənirlər və simptomlar (qızdırma, zəiflik, səs itkisi, şiddətli öskürək) bütün xəstəlik boyu davam edir.

Əvvəlcə səs yox olur, sonra temperaturun yüksəlməsi və şiddətli yorğunluq ilə öskürək başlayır.

Simptomlar iki aydan çox davam edir, lakin testlər koronavirus və ya qripi aşkar etmir.

Məlumata görə, oxşar xəstəliklər digər ölkələrdə də baş verir. Britaniya alimləri hesab edirlər ki, bu, virusun dünyanın əvvəllər rastlaşmadığı yeni, uzun sürən formasıdır.

Xuraman Etibarlı

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv